Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin

Tez yağlanan saçlar bir çox qadınların baş ağrısıdır.

Bunun səbəbləri arasında genetika, düzgün olmayan baxım, saçların tez-tez boyanması, laminasiyası və s. ola bilər.

Digər tərəfdən saçların həddindən tez yağlanmasının səbəbi sağlamlıq problemləri ilə də bağlı ola bilər. Hormonal pozulmalar, xroniki streslər, orqanizmdə piylərin mübadiləsinin pozulması saçların tez yağlanmasına səbəb olur.

Saglamolun.az saçların yağlanmasını azaltmaq üçün sizə bəzi sadə tövsiyələri təqdim edir.

1. Silikon olmayan şampundan istifadə edin.

2. Balzamdan istifadə edirsinizsə, ondan sonra saçlarınızı yenidən az miqdarda şampunla yuyun.

3. Saçları yuduqdan sonra sirkə və ya limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.

Çobanyastığı, palıd qabığı, ada çayı dəmləmələri (1 x.q. ot + 1 stəkan qaynar su) də saçların yağlılığını azaldır.  

4. Gün ərzində saçlara mümkün qədər az toxunun.

5. Saçlarınızı çox isti su ilə yumayın. İsti su piy vəzilərinin fəaliyyətini daha da aktivləşdirir.

6. Saçlarınızı isti deyil, ilıq fenlə qurudun.

7. Saçların yağlılığını azaltmaq üçün rəngsiz xına və yaşıl və ya ağ gildən hazırlanan maskalardan istifadə edin.  Maskanı hazırlamaq üçün xına və ya gili isti su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), ilıq olanda saçlara çəkin, 1 saat saxlayın, sonra saçınızı adi qaydada yuyun.

8. Kifayət qədər su için. Suyun az istehlakı da saçların tez yağlanmasına səbəb olur.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика