Ağadadaş Ağayevin səhhəti necədir? - Oğlundan açıqlama

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, müğənninin oğlu Səbuhi Ağayev axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb.

"Atam yaxşıdır. Bir neçə gün əvvəl əməliyyat olundu. Hələ Türkiyədədir. Bu haqda çox açıqlama vermək istəmirik", - deyə o bildirib.

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni Türkiyədə xəstəxanaya yerləşdirilib.

Saglamolun.Az