“ZOB”un əsas simptomları

Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərdə aktiv iştirak edir. Bu səbəbdən qalxanvari vəzi xəstəlikləri özünü çoxsaylı və müxtəlif simptomlarla büruzə verir ki, bu da xəstəyə dəqiq diaqnoz qoymağa əngəl olur.

Lakin bəzi simptomlar var ki, onlar məhz bu orqanda olan pozulmalara işarə edir.

Con Hopkins Tibb mərkəzinin (ABŞ) ekspertlərinin sözlərinə görə, əsas belə simptom boyun hissəsinin şişməsidir (el arasında buna “zob” deyilir). Bunun səbəbi qalxanvari vəzinin böyüməsidir.

Mütəxəssislər qeyd edirlər ki, əksər hallarda zobun əmələ gəlməsi insan həyatı üçün təhlükə yaratmır. Lakin nadir hallarda olsa da bu xərçəngə işarə edə bilər. İstənilən halda zob əmələ gələn kimi insan vaxt itirmədən həkimə müraciət etməli və lazım olan müayinələrdən (USM, hormonal analizlər və s.) keçməlidir.  

Saglamolun.az bildirir ki, “zob”un əmələ gəlməsindən başqa bu kimi simptomlar qalxanvari vəzi xəstəliklərinə işarə edə bilər:

- boğaz nahiyəsində sıxılma hissi

- səsin səbəbsiz tutulması, xırıltılı olması

- boyun damarlarının şişməsi

- qolların yuxarı qaldırılması zamanı başgicəllənməsi

- udmann çətinləşməsi

- səbəbsiz öskürək.

Saglamolun.Az