Загрузка...

Damar tıxanması. SƏBƏBLƏR, SİMPTOMLAR

Ateroskleroz xəstəliyi zamanı damarlarda xolesterol yığılır, damarlar daralır, tıxanır.

Nəticədə qan dövranı kəskin pisləşir, damarın yırtılması, damarda trombların (qan laxtası) əmələ gəlməsinin riski artır. Bütün bunlar isə ürək və damar xəstəliklərinə, ən ağır hallarda insult və infarkta gətirib çıxardır.

Damar tıxanmasının səbəbləri bunlardır:

1. Uzun illə ərzində belə hesab olunurdu ki, qidalanmada yağların artıqlığı qanda pis xolesterolun artmasına və daha sonra bu xolesterolun damarlarda yığılmasına səbəb olur. Lakin yeni araşdırmalar sübut edib ki, bu tam belə deyil. Qidadan aldığımız "pis" xolesterolun miqdarı yalnız 10-15 faizdir. Bəs qalan 90 faiz? Məsələ burasındadır ki, orqanizmdə pis xolesterolun artmasında əsasən endokrin pozulmalar (xüsusilə qalxanvari vəzi xəstəlikləri), qaraciyərin piylənməsi və öd kisəsi xəstəlikləri günahkardır. Bu pozulmalar zamanı piylərin parçalanması və mənimsənilməsi prosesi pöozulur ki, bu da xolesterolun damarlarda yığılmasına səbəb olur.

2. Damar divarının zədələnməsi. Daxili divarın zədələnməsi damarda xolesterolun yığılması üçün şərait yaradır. Sağlam damarda xolesterol yığılmayacaq. Yeri gəlmişkən, damar divarlarının zədələnməsinin əsas səbəbi şəkərdir.

3. Qanın qatılığının artması. Bu damarlarda trombların əmələ gəlməsinə gətirib çıxardır. Bunun səbəbləri arasında: bəzi qan xəstəlikləri, mayenin az qəbulu və s. ola bilər.

Bu 2 amilin birləşməsi ateroskleroz kimi ağır pozulmanın inkişafına zamin yaradın.

Damarların tıxanması illər ərzində və demək olar simptomsuz inkişaf edir. Tıxanmış damarın harada yerləşdiyindən asılı olaraq (baş-boyun, ürək, aşağı ətraflar və s.) bu kimi simptomlar meydana çıxa bilər:

- başgicəllənməsi

- səbəbsiz yorğunluq

- diqqətin və yaddaşın zəifləməsi

- ürək nahiyəsində ağrılar və sıxılma hissi

- yerimə zamanı sağrı, omba, baldır nahiyəsində ağrılar, axsama.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика