Peyvənd olunan şəxslər bu vərdişdən əl çəkməlidir - XƏBƏRDARLIQ

"Peyvənd olunan şəxslərin ilk iki sutka ərzində spirtli içkilərdən, siqaretdən istifadə etməsi məsləhət deyil".

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, peyvənddən sonra həmin nahiyyədə şişkinlik, ümumi bədən temperaturunun yüksəlməsi halları müşahidə oluna bilər ki, bunlar da normal reaksiyadır:

"Vaksinasiyadan sonra xüsusi qida ilə bağlı pəhriz barədə hər hansı bir tövsiyələr mövcud deyil. Bu baxımdan insanlar normal həyat fəaliyyətlərinə davam edə bilərlər.

O şəxslər bilirlər ki, özlərində sitrus meyvələrə qarşı allergik reaksiyalar olur və bu reaksiyanı peyvəndin reaksiyasından fərqləndirmək üçün ilk 24-48 saat ərzində qəbul etməmələri tövsiyə olunur".

Saglamolun.Az