İmmuniteti möhkəmləndirən qədim hind MASALA çayı. RESEPT

Bu çay güclü iltihab, virus və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Saglamolun.az bildirir ki, alimlər Hindistanın məşhur Masala çayını virus və soyuqdəymə xəstəliklərinin yaxşı profilaktik vasitəsi kimi qiymətləndirirlər.

Masala çayı necə hazırlanır?

İnqrediyentlər:

- 200 qr süd

- 200 qr su

- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)

- 3 çay qaşığı yaxşı qara çay

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 2 ədəd mixək

- 2 ədəd hil

Hazırlanması:

1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.

2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.

3. Çay isti halda fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...