Mədə xorası xəstəliyinin müasir müalicəsi

Mədə xorası xəstəliyi çox yayılmış xəstəlikdir. Statistikaya görə, ildən ilə bu xəstəliyə tutulmuş insanların sayı artır.

Həmçinin həkimlər xəstəliyin xeyli "cavanlaşmasını" qeyd edirlər.

Mədə xorası çox ciddi xəstəlikdir və vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar (daxili qanaxma, xoranın deşilməsi) verə bilər. Nəzərə almaq lazımdır ki, bu xəstəlik mədə xəsrçənginin əsas risk faktoru sayılır. Bu səbəbdən mədə xorasını vaxtında və düzgün müalicə etmək lazımdır.

Mədə xorası xəstəliyinin müalicəsi müasir tibdə çox aktual problem sayılır. Son onilliklər zamanı bu xəstəliyin müalicəsi strategiyası xeyli dəyişilib. Əvvəllər xora xəstəliyinin səbəbini yalnız mədədə xlorid  turşunun artıq miqdarda ifraz olunması ilə əlaqələndirirdilər. Lakin müasir araşdırmalar göstərib ki, xora xəstəliyinin əsas səbəbi Helicobacter pylori mikrobuna yoluxmasıdır.

Mədə xorası xəstəliyinin müalicəsi xüsusi pəhrizdən və xora əleyhinə preparatların qəbulundan ibarətdir.

Pəhriz

Xəstə siqaret çəkməkdən və spirtli içkilərdən qəti şəkildə imtina etməlidir. Qidalanmadan mədənin selikli qişasını qıcıqlandıran məhsullar tam çıxarılır. Bu məhsullar arasında: qazlı içkilər, qidalı liflərlə zəngin olan çiy meyvə və tərəvəzlər, ət, balıq, göbələk bulyonları, qızardılmış, hisə verilmiş qidalar, turşular, tünd çay, qəhvə.

Qidalanmanın əsas hissəsini buğda və ya suda bişirilmiş ət, balıq, bişmiş tərəvəzlər, süd məhsulları, kisellər, sıyıqlar təşkil etməlidir. Xəstə gündə 5-6 dəfə kiçik miqdarlarda qida qəbul etməlidir. Çox soyuq və çox isti qidaları qəbul etmək olmaz.

Diqqət! Pəhriz bu xəstəliyin müalicəsində əsas rollardan birini oynayır. Xəstə pəhriz saxlamadığı halda dərman preparatlar lazım olan effekt verməyəcək.

Müasilə

Müalicə zamanı 3 növ preparatlardan istifadə olunur:

1. Proton pompasının inhibitorları (omeprazol, lansioprazol, rabeprazol və s.).

2. Helicobacter pylori əleyhinə preparatlar (metronidazol, klaritromisin, amoksisillin və s.).

3. Qastroprotektorlar (vismut subsitrat və s. vismut birləşmələri).

Dərmanları və onların dozalarını qastroenteroloq təyin etməlidir. Dərmanların qəbuluna çox ciddi yanaşmaq lazımdır. Dərmanların qəbulunu həkimlə məsləhətləşmədən, müstəqil şəkildə dayandırmaq,  dozaları azaltmaq və ya çoxaltmaq olmaz. Bu müalicənin effektivliyini xeyli azaldır.

Həmçinin müalicə zamanı köməkçi preparatlar təyin oluna bilər: vitaminlər, çaytikanı yağı, aloe ekstraktı və s.

Cərrahi müalicə

Nadir hallarda, xəstəliyin çox gecikmiş mərhələlərində, fəsadların inkişafı zamanı (qanaxma, mədənin deşilməsi, mədə xərçəngi) cərrahi müalicə tətbiq oluna bilər.

Lakin vaxtında lazım olan müalicə aldıqda xəstə özünü bu ağır fəsadlardan və cərrahi müalicənin tətbiqindən sığortalaya bilər.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика