Fevral ayından ali və orta məktəblər açıla bilər - MÜZAKİRƏ

"Təhsil müəssisələrinin yanvar ayının 18-indən sonra açılmaması gözlənilən idi. Lakin bundan əlavə hazırlıq kursları da var ki, onların fəaliyyətində də məhdudiyyətlər var və bu öz fəsadlarını göstərəcək.

Orta məktəblərdə 1-ci yarımil üzrə qiymətləri və onun necə aparılacağı hələ bəlli deyil. Bu səbəbdən fevral ayının 1-nə kimi məktəblərin açılacağını gözləmirik".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, istər 2-ci yarımil, istərsə də 2-ci semestrdən ənənəvi təhsil bərpa ola bilər. Bunu dünya ölkələrinin təcrübəsində də görürük. 61 ölkədə fevral ayında tədris prosesininmərhələli formada bərpası planlaşdırılıb.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ləğv olunan  ixtisaslardan yazıb – Tam siyahı

Prezident İlham Əliyev də öz çıxışında bildirib ki, vaksinasiyadan sonra normal həyatımıza geri dönəcəyik. Bildiyimiz kimi, yanvar ayının 18-dən etibarən vaksinasiya prosesi başlayacaq. Yanvar ayında təhsil müəssisələrinin açılması müzakirə mövzusu deyil. Amma fevral ayında bu məsələni ciddi şəkildə müzakirə etməliyik. Çünki qarşıda bizi tamamilə yeni modeldə keçiriləcək 9-cu sinif buraxılış imtahanı gözləyir. Həmçinin, ali məktəblərə və magistratura səviyyəsinə qəbul da vacib məsələlər arasındadır".

Saglamolun.Az