Gündə 1 ovuc yeyin - Arıqlayın

Badam insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri hesab olunur. Onun tərkibində saysız həddə minerallar və vitaminlər var.

Axşam.az badamın faydalarından bəhs edir:

1. Dərini qoruyur - Günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini sərbəst radikallarla mübarizə aparır, nəm səviyyəsini qoruyur və dərinin canlanmasına kömək edir.

2. Ürək xəstəlikləri riskini azaldır - Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolestrolun yüksək səviyyəsidir. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

3. Arıqladır - Badam qan şəkərini tənzimləyir, insana daha uzun müddət ərzində tox qalmağa kömək edir. Həmçinin badam metobolizmanı sürətləndirir.

4. Təzyiqi salır - Yüksək qan təzyiqi infarkt, insult kimi dəhşətli fəsadlara yol aça bilər. Badam tərkibindəki maqnezium sayəsində bu risklərə qarşı immuniteti daha dözümlü edir. Ancaq təzyiqin yüksəlməməsi üçün qovrulub, duzlanmamış badamları seçin.

5. Sümükləri gücləndirir - Sümük sağlamlığı üçün kalsium və maqnezium önəmlidir. Xüsusi ilə süd məhsulları ilə arası olmayanlar badamla kalsium əksikliyini nisbətən aradan qaldıra bilərlər.

6. Xərçəngin düşməni - Həm çəkiyə nəzarət etməyə kömək edir, həm də tərkibindəki antioksidanlarla xəstə hüceyrələrə qarşı mübarizə aparır.

7. Yağlı turşularla zəngin olduğundan beyini və damarları cavan saxlayır.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика