Koronavirusdan sağalanlar sonradan bu problemlərlə üzləşir - ARAŞDIRMA

Dünyanı cənginə alan koronavirusla bağlı Çində araşdırmalar aparılıb.

BAKU.WS “Medical Express”ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı koronavirusdan sağalan şəxslərin sonradan səhhətində yenidən problemlər yarandığı məlum olub.

Belə ki, koronavirusdan sağalan şəxsin 6 aydan sonra digər sağlamlıq problemləri yaranır.

Bir çox şəxsdə yorğunluq, əzginlik, sümüklərdə şiddətli ağrılar, bir çoxlarında isə yuxusuzluq və depresiya yaranır.

Saglamolun.Az