Fulya Öztürk koronavirusa yoluxdu - FOTO

“Xəbəri alar-almaz xəstəxanaya yollandım. Orada müalicəm başladı. Açıq deyəcəm, özəl xəstəxanalarda yer belə tapa bilmirdim”.

Bu sözləri Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda yardımçı olan jurnalist Fulya Öztürk sosial şəbəkədə yazıb. O bildirib ki, koronavirusla artıq 7 gündür mübarizə aparır:

“Kiməsə bildirmək istəmədim. Eşidilməməsi üçün də xahiş etdim. Aldığım müalicə sayəsində xəstəliyi yüngül keçirirdim. Qan təhlillərim əvvəl pis gəlsə də o da düzəldi.

Bu gün 7 gündür xəstəxanadayam. Simptomlardan sümük ağrısı, əsasən ayaq ağrıları və nəfəs darlığı yaşadım. İndi yaxşıyam”. /Baku.ws

Saglamolun.Az