Hamiləlikdə stress uşaqda bu xəstəliklərin riskini artırır

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır.

The Daily Mail xəbər verir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir. Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır.

Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.

Belə ki, hamiləlik zamanı güclü xroniki streslər uşaqda ürək xəstəliklərinin və hiperaktivlik sindromunun riskini artırır.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика