“Gündəlik yoluxma sayı az olduğuna görə, oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflər həftədə 2 gün yox, 3 gün dərsə gələcək”.
KONKRET.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.
“Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, – deyə nazir əlavə edib.
Saglamolun.Az