Загрузка...

Evə tonometr alanlara TÖVSİYƏ

Hipertoniyanı “lal qatil” adlandırırlar. Simptomsuz inkişaf edən bu xəstəlik insult və infarktın əsas səbəbidir.

Məhz bu səbəbdən həkimlər hər gün təzyiqi ölçməyi tövsiyə edir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə və müalicəyə başlamağa yardım edir.  

Arterial təzyiqi ölçən cihaz (tonometr) hər bir evdə olmalıdır. Tonometri düz seçmək lazımdır. Saglamolun.az sizə tonometrin düzgün seçilməsi ilə bağlı bəzi tövsiyələri verir.

Bilək nahiyəsinə taxılan tonometrlər daha kiçikdir və istifadədə asandır. Lakin manjeti olan və qolun yuxarı hissəsinə taxılan tonometrlər daha dəqiq və etibarlı sayılır.

Yaxşı tonometr nəbz göstərməli və onun yaddaşı olmalıdır.

Elektrik və mexanik tonometrlər arasında ciddi fərq yoxdur. Sadəcə elektrik tonometrlərdən istifadə etmək daha asandır.

Nəzərə almaq lazımdır ki, 2 ildən bir tonometri mütəxəssislər baxmalı və lazım olan düzəlişlər etməlidir.  Bu işlə tonometri istehsal edən şirkət məşğul olur. Bu səbəbdən aptek və ya xüsusi yerlərdə tonometr aldıqda bu haqda da maraqlanın.  


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика