Saçlarım niyə tökülür? 5 BİLMƏDİYİNİZ SƏBƏB

Saçların tökülməsi hər bir qadının ən qorxulu kabusudur. Saçların tökülməsi adətən hormonal pozulmalar və pis qidalanma, balanslaşdırılmamış pəhrizlərlə əlaqələndirirlər.

Lakin bu xoşagəlməz halın digər daha az bilinən səbəbləri də var.

1. Stress

Stress gözəl saçların ən əsas düşmənlərindən biridir. Xroniki stress saçların vəziyyətinə çox mənfi təsir edir - saçlar cansız görünür, tökülür, gec uzanır.

2. Qalxanvari vəzi xəstəliyi

Qalxanvari vəzi orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətinə təsir edən hormonları ifraz edir. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir, hormonlar daha az miqdarda ifraz olunur ki, bu da o cümlədən saçların güclü tökülməsinə səbəb olur.

3. Qanazlığı

Bu da ən yayılmış səbəblərdəndir. Qanazlığı əsasən "qadın problemi" sayılır. Qanazlığına qadınlarda kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

4. Saç düzümləri

Əgər qadın daim saçları sıx yığır, burur, müxtəlif saç düzümləri edirsə, bu saçların tökülməsinə səbəb olacaq.

5. Susuzlaşma

Müasir insanlar az su içir, müxtəlif sərinləşdirici içkilər, qəhvə və s. bu kimi içkilərə üstünlük verirlər ki, bu içkilər orqanizmə ona lazım olan mayeni vermir, əksinə susuzlaşmanı daha da artırır.

Gözəl saçlar və təmiz dəriyə sahib olmaq istəyirsinizsə, gün ərzində 2 l qədər adi təmiz su için.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...

 


Яндекс.Метрика