Daha bir həkim COVİD-19-dan vəfat edib - FOTO

Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Tibbi Təcili Yardım şöbəsinin həkimi  İsmət Məmmədov COVİD-19-dan dünyasını dəyişib.

Anews.az xəbər verir ki, İ.Məmmədov koronavirusa 15 gün bundan öncə yoluxub. O, Bakıda COVİD-19 üçün ayrılmış xəstəxanalardan birində müalicə alırdı. Bir neçə gün idi ki,  süni tənəffüs aparatına qoşulmuşdu. Dünən gecə saatlarında vəfat edib.

Allah rəhmət etsin!

 

Saglamolun.Az