"Azərbaycanda rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışının, qabaqlayıcı tədbirlərin nəticəsidir. Günlərdən asılı olaraq qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Prezidentin köməkçisi vətəndaşlardan karantin tələblərinə əməl olunmasını xahiş edir:
"Bizim birgə səylərimizlə bu nəticələrə nail olmuşuq, epidemioloji vəziyyət və dünya praktikası öyrənilərək yumşalma prosesi başlayıb".
Saglamolun.Az