Sağlam arıqlamaq üçün faydalı resept

Arıqlamaq, ideal çəkidə olmaq hər kəsin arzusudur. Bunun üçün müxtəlif metodlar var. Pəhrizlər, idman, müxtəlif çatlar və başqa üsullar tətbiq edilir. Arıqlamaq üçün təbii otlar və ərzaqlarla hazırlanan qarışımlardan birini təqdim edirik.

Tərkibi:

Zəncəfil – 40 qram

Şaxtagülü kökü – 20 qram

Qatırquyruğu – 40 qram

Məkkəgülü – 40 qram

Çobanyastığı çiçəyi – 40 qram

Ardıc meyvəsi – 40 qram

Bal – 1 kq

Qarışımı bir qabda yaxşıca qarışdırdıqdan sonra, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı istifadə etmək lazımdır. İlk 5 gündə yarım çay qaşığı yeyilməsi tövsiyə edilir. Bu qarışım bədəndən şlakları təmizləyir və insanı sağlam şəkildə arıqladır.

Sevinc Hüseynova

 

Saglamolun.Az