"Hamiləlikdən qorunmaq üçün ən ideal metodardan biri dəri altı implantdır. Dəri altı implant xüsusi aplikator vasitəsi ilə dəri altına yeridilir və 3 il ərzində hamiləlikdən qoruyur".
Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın mama-gidekoloqu Gülnar Əliyeva Səhiyyə TV-yə danışarkən deyib.
O bildirib ki, dəri altı implantın tərkibi progestron hormonudur və 99 faiz hallarda hamiləlikdən qoruyur:
"Dəri altı implantın yerləşdirilməsi yerli keyitmə üsulu ilə aparılır, 3 dəqiqə ərzində icra olunur və pasiyent tərəfindən heç bir ağrı hiss olunmur. Bu vasitə istədiyiniz zaman həkim tərəfindən çıxarıla bilər. Çıxarıldıqdan təxmini 2 ay sonra hamilə qala bilərsiniz".
Həkim vurğulayıb ki, dəri altı implant qoruyuculuğu ən yüksək vasitədir:
"Doğum və keysəriyyədən 40 gün sonra yerləşdirilə bilər. Hətta süd verən analar da rahatlıqla istifadə edə bilər. Yan fəsadları da var ki, bu implant sizdə olduğu müddətdə menustrasiya qanaması azala bilər. Faydası isə uşaqlıq və yumurtalıq xərçəngindən qoruyur".
Həkimlə əlaqə saxlamaq üçün +994 50 520 03 03 mobil nömrəsinə zəng edə bilərsiniz!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az