Ağıl dişlərinin problemləri

Bildiyimiz kimi, ağzımızda ən axırıncı çıxan dişlər ağıl dişləridir. Əsasən 17-25 yaşları arasında çıxır.

Hal hazırda bir çox insanlarda ağıl dişləri çıxmır.

Ağıl dişlərin çıxması bəzi problemlər yarada bilə. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir. Əgər dogru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər.

Ağıl dişlərinin çəkilməsinə yol açan hallar hansılardır?

ÇÜRÜK: Bakteriya və yemək qalıqları yeni çıxmaqda olan dişin açdığı yuvada yığılaraq həm ağıl dişi, həm də yanındakı azı dişini təhlükəyə salır. Bu tip çürükləri müəyyən etmək və müalicə etmək olduqca çətindir. Ağrı və infeksiyaya yol açan və abseslə nəticələnən ağır hallar meydana gələ bilər.

DİŞƏTİ XƏSTƏLİYİ (perikoronit): Qismən çıxmış bir ağıl dişin dişətində bakteriya və yemək artıqlarının yığıldığı bir infeksiya yığınağı olur. Bu vəziyyət ağız qoxusu, ağrı, ödem və trismusa (ağzın tam açıla bilməməsi halı) səbəb olur. İnfeksiya limfa sistemi vasitəsi ilə yanaq və boyuna yayıla bilər.

TƏZYİQ AĞRISI: Ağil dişi çıxan zaman qonşu dişlərə təzyiq edirsə, bununla əlaqədar da ağrı hiss edilə bilər. Bəzi hallarda bu təzyiq aşınmaya gətirib çıxarır.

ORTODONTİK SƏBƏBLƏR: Bir çox gənç daimi dişlərindəki əyrilikləri düzəltmək üçün ortodontik müalicə alır. Ağıl dişlərini çıxma təzyiqi digər dişlərə də əks olunacağından digər dişlərdə də bir hərəkətlilik olur, əyriliklər arta bilir.

PROTEZLƏ ƏLAQƏLİ SƏBƏBLƏR: Protez hazırlanması planlaşdırdıqda ağıl dişlerini nəzərə almaq lazımdır. Çünki, ağıl dişi çəkildikdən sonra dəyişən ağız quruluşuna görə yeni bir protez hazırlamaq lazım gələcəkdir.

KİSTANIN ƏMƏLƏ GƏLMƏSİ: Ağıl dişin çıxması burada kistanın əmələ gəlməsinə səbəb ola bilər. Kista sümük əriməsinə, çənənin genişlənməsinə və ətrafdakı dişlərin yerdəyişdirməsinə ya da zərər görməsinə səbəb olur. Sümük əriməsinin qarşısını almaq üçün diş çəkilməli və kista təmizlənməlidir.

Heç bir narahatçılıq verməsə də düzgün istiqamətdə olmayan ağıl dişi çəkilməlidir. Dişin istiqamətinin düzgün olmaması infeksiya üçün yetərli bir səbəbdir. Ağıl dişləri fırça və diş ipiylə təmizlənməsi çətin olan bölgələrdə yerləşirlər. Nəticədə burada bakteriya və yemək qalıqları yığılır və bu da dişin çürüməsinə səbəb olur.

Ağıl dişlərin çəkilməsi hansı problemlər yarada bilər?

Ağıl dişlərin çəkilməsindən sonra sağalma problemi yarana bilər. Bu səbəbdən diş həkiminin tövsiyələrinə dəqiqliklə əməl etmək lazımdır. İlk 24 saat ərzində hər 2 saatda bir ilıq duzlu suyla ağzı qarqara etmək lazımdır. Qarışıq 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə etməklə hazırlanır.

Ağrı artdıqda, qanaxma və s. problemlər əmələ gəldikdə dərhal diş həkiminə müraciət edin.

Mənbə: www.estetikdis.az


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика