İngiltərənin Bristol şəhərinin sakini, 37 yaşlı Lüsi Kelsoll üç il öncə vəfat edən ərindən hamilə qalıb.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
2012-ci ildə ailə quran Lüsi və Devid Kelsol cütlüyünün uşaq sahibi olmaq cəhdləri evliliyin ilk günlərindən uğursuz olub.
İki il sonra Devidə qorxunc diaqnoz qoyulub - laringeal xərçəng (boğaz xərçəngi). O zaman hər ikisi gələcəkdə Devid ölmüş olsa, Lüsinin ekstrakorporal mayalanma (EKM) vasitəsi ilə hamilə qala bilməsi üçün embrionları dondurmaq qərarına gəliblər.
2017-ci ildə Devid dünyasını dəyişib. Ölümündən bir neçə gün öncə Lüsi onun üçün övlad dünyaya gətirəcəyini vəd edib.
2019-cu ildə, ikinci EKM cəhdindən sonra Lüsi əkiz uşaqlara hamilə qalıb. Hazırda onun Devid və Samuel adlı iki oğlu var.
"Oğullarıma hər gün ataları haqqında danışacağam ki, Devid onların həyatının bir hissəsi olsun", - deyə Lüsi söz verib.
Saglamolun.Az