Загрузка...

Təzə paltarları geyinmədən öncə mütləq yuyun. İnanılmaz təhlükə!

Kolumbiya Universiteti Tibb mərkəzinin professoru dermatoloq Donald Belsito dükanlardan və s. yerlərdən alınmış təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.

Təzə paltarlara gözəl, ütülənmiş görünüş vermək üçün xüsusi kimyəvi maddələr istifadə olunur ki, bu maddələr səpgilərə, qaşınmaya və digər allergik reaksiyalara səbəb ola bilər.

Dermatitlərin müalicəsi ilə məşğul olan professorun sözlərinə görə, formaldegid qətranı xüsusilə təhlükəlidir. Bu maddə təzə paltarlarda olan büküşləri açmaq və paltarları kifdən qorumaq üçün istifadə olunur. Bu maddə də dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb olur. Bəzi mütəxəssislər bu maddəni kanserogen (xərçəng əmələ gətirən) hesab edirlər.

Parçaların boyanması üçün istifadə olunan boyalar da təhlükə mənbəyi sayılır. Bir çox sintetik parçalar azo-anilin boyalarla boyanır ki, bu boyalar allergiyadan əziyyət çəkən insanlarda kəskin allergik reaksiyalara səbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər belə parçalardan hazırlanmış paltarları zərərsizləşdirmək üçün aldıqdan sonra bir dəfə deyil, hətta 2 dəfə yumağı tövsiyə edirlər.

Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları ola bilər.

Beləliklə, dükandan alınan istənilən paltarı geyinmədən öncə mütləq yumaq lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика