Загрузка...

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər? - Həkim rəyi

Hamilə qadının orqanizmində kalsium çatışmazlığının səbəbi natamam qidalanma, kalsiumun mədə-bağırsaq sistemi tərəfindən kifayət qədər mənimsənilməməsi və digər səbəblər ola bilər.

Bu çatışmazlıq nəticəsində uşağın orqanizminin formalaşmasına lazım olan kalsium, qadının sümüklərindən və dişlərindən “yuyulmağa” başlayır. Məhz bu səbəbdən bir çox qadında hamiləlik zamanı karies yaranır.

Bu sözləri Axar.az-a açıqlamasında ginekoloq Ruziyə Hüseynova deyib. O bildirib ki, kalsium uşağın skeletinin formalaşması üçün vacibdir:

“Qadın daima qida ilə kifayət qədər kalsium almalıdır, həkimin məsləhəti ilə tərkibində kalsium olan vitamin-mineral kompleksləri qəbul etməlidir. Bundan əlavə, hamiləlik zamanı ağız suyunun tərkibi də dəyişilir ki, orada qoruyucu maddələrin miqdarı azalır. Bu da öz növbəsində kariesin yaranması üçün əlverişli şərait yaradır”.

Hamilə qadınların əksəriyyətinin bu dövrdə dişləri müalicə etdirməyin ziyanlı olduğunu fikirləşdiyini bildirən ginekoloq bunun yanlış fikir olduğunu bildirib:

“Müalicə olunmayan karies dişi tam məhv edir. Adətən hamilə qadınlarda dişlərin müalicəsi 2-ci və 3-cü üçaylıqlarında həyata keçirilir. Hamiləliyin 1-ci üçaylığında müalicə yalnız ekstremal vəziyyətlərdə aparıla bilər - güclü diş ağrısı, güclü iltihab. Buna yol verməmək üçün stomatoloqlar qadınlara hamiləliyin planlaşdırması dövründə profilaktik olaraq müayinədən keçməyi və lazım olduqda dişləri və damaqları müalicə etməyi tövsiyə edirlər. Hamiləlik zamanı qadın adi vaxtlarla müqayisədə dişlərinə daha diqqətli qulluq etməlidir, xüsusi yaxalayıcılardan və flosdan (xüsusi diş sapı) istifadə etməlidir. Hamiləlik zamanı hamiləliyin əvvəlində, ortalarında və doğuşa yaxın mütləq stomatoloqun müayinəsindən keçmək lazımdır. Əgər heç nəyə baxmayaraq, hamilə qadında karies və ya qinqivit (damaqların iltihabı) inkişaf edibsə, müalicəni sonraya saxlamaq olmaz. Kariesli diş və qinqivit orqanizmdə olan infeksiya mənbələridir. Bu infeksiya isə qida ilə qadının mədə-bağırsaq sisteminə düşür, oradan da qana sovrulur. Bu isə həm qadının, həm dölün səhhətinə mənfi təsir edə bilər”.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика