Rusiyada koronavirus peyvəndi hazırdır, oktyabrda vaksinasiya başlayacaq

"Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

Report.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Saglamolun.Az