İnhalyasiya üçün çobanyastığı - QADINLAR ÜÇÜN İSƏ ƏN FAYDALI

Çobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır. Çobanyastığı çox güclü antiseptik, mikrob- və virusəleyhinə xüsusiyyətlərə malikdir.

Angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.

Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.

Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir.

Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir.

Çobanyastığı bütün mədə-bağırsaq sisteminə çox yaxşı təsir edir. Belə ki, çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə (lyambliya, askarid qurdu) uğurla mübarizə aparır, qarında köp, sancılar, ishal zamanı yaxşı kömək edir, öd qovucu təsirinə malikdir, iştahanı artırır, mədə şirələrin ifrazını stimullaşdırır.

Qastrit, kolit, mədə və 12-barmaq bağırsağı xorası xəstəlikləri zamanı çobanyastığı dəmləmələri çox effektlidir.

Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı ginekologiyada iltihabəleyhinə vasitə kimi geniş istifadə olunur.

Çobanyastığı dəmləməsi sidik kisəsi və sidik yolları iltihabları zamanı yaxşı kömək edir.

Bir çox dəri iltihabları və xəstəlikləri zamanı çobanyastığı vannaları və islatmaları istifadə olunur. Çobanyastığı ilə olan ayaq vannaları ayaqların güclü tərlənməsi ilə mübarizədə sınanmış vasitədir.

Çobanyastığı kosmetologiyada da geniş istifadə olunur. Çobanyastığı dəmləməsi üz dərisini təmizləyir, iltihabla mübarizə aparır, saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.

İnhalyasiya üçün çobanyastığı çox vacib bir üsuldur.  İnhalyasiya bronxial astma, tonzillit, laringit və digər tənəffüs yollarının xəstəliklərinin müalicəsi üçün əla vasitədir.

İnhalyasiya prosedurunu gündə 2 dəfə aparmaq məsləhətdir.

Kompozisiyanı hazırlamaq üçün sizə lazım olacaq: 1 x.q. çobanyastığı çiçəkləri, 1 qaşıq bal, l çörək qaşığı soda, 400 ml su.

Hazırlanması: çobanyastığının gül səbətlərini qaba tökün, qaynar su tökün, bal və soda əlavə edin. 

Saglamolun.Az