Öskürəyi əla müalicə edən 50-qəpiklik vasitə

Soyuqdəymə xəstəliklərindən sonra uşaqlarda uzun müddət ərzində öskürək qala bilər.

Böyüklərlə müqayisədə uşaqlarda nəfəs yollarının təmizlənməsi üçün daha çox vaxt tələb olunur ki, bu səbəbdən uşaqlarda öskürək də daha çox çəkir. Bildiyimiz kimi, öskürək orqanizmin müdafiə mexanizmlərindən biri olub nəfəs yollarının selik və bəlğəmdən təmizlənməsini təmin edir.   

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu prosesi sürətləndirmək və uşağı üzücü öskürəkdən azad etmək üçün çox ucuz və əlçatan vasitədən istifadə edə bilərsiniz. Apteklərdə satılan kalsium xlorid preparatı həm böyük, həm uşaqlarda öskürəklə müşayiət olunan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklər arasında: kəskin respirator xəstəlikləri, bronxit, ağciyər iltihabı, ağciyərdə durğunluq prosesləri, allergiyalar.

Uşaqlara kalsium xlorid məhlulu adətən peroral vasitə kimi təyin olunur. Kalsium xlorid bronxların fəaliyyətini stimullaşdırır, bəlğəmi durulaşdırır və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, sərbəst radikallar, toksinlər və allergenləri neytrallaşdırır, virus və bakteriya agentlərinə qarşı immun sisteminin aktivliyini artırır.

Kalsium xlorid məhlulu gündə 3 dəfə 1 çay, 1 desert və ya 1 xörək qaşığı olmaqla (uşağın yaşından asılıdır) uşağa verilir.

İstifadə etdikdən əvvəl uşağa nəzarət edən həkimlə məsləhətləşin.  

Diqqət! Öskürək 2-3 həftədən artıq çəkirsə, usaqda yüksək hərarət, bəlğəmdə qan izləri və s. kimi simptomlar müşahidə olunursa, dərhal həkimə müraciət edin.  

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Elvin Əliyev

Elvin Əliyev

Stomatologiya

Stomatoloq İş stajı – 7 il

Ətraflı...

 


Яндекс.Метрика