Hansı yağda qızartmaq daha ziyansızdır?

Alimlər yağda qızardılmış qidaları yalnız istisna nadir hallarda istehlak etməyi tövsiyə edirlər.

Qızardılma zamanı ziyanlı maddələr (aldegid və s.) ifraz olunur ki, onlar ürək-damar sistemi xəstəliklərinin və xərçəngin riskini artırır. Bu hal istənilən yağdan (bitki, kərə və s.) istifadə etdikdə baş verir.

Saglamolun.az xəbər verir ki, 2015-ci ildə fransız alimlər xüsusi araşdırma aparıblar. Onlar müxtəlif yağlarda qızardılma zamanı ifraz olunan ziyanlı maddələrin miqdarını araşdırıblar. Məlum olub ki, bu mənada ən ziyansız zeytun və kərə yağlarıdır. Lakin hər bir halda bu yağlarda da qızardanda kanserogen maddələr əmələ gəlir.

Qızartma uçün ən ziyanlı isə günəbaxan və qarğıdalı yağlarıdır. Mütəxəssislər onları yalnız hazır qida və salatlara əlavə etməyi tövsiyə edirlər.

Qızardılma prosesini daha ziyansız etmək üçün sizə alimlərin bəzi tövsiyələrini təqdim edirik:

- Qızardılma zamanı mümkün qədər az yağdan istifadə edin.

- Eyni yağda bir neçə dəfə qızartmayın.

- Çox qızartmayın.

- Toyuq, kotlet, kartof və s. qızartdıqdan sonra kağız dəsmalın üzərinə qoyun ki, artıq qalan yağ dəsmala hopulsun.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar