"Bu viruslar ultra bənövşəyi şüalara son dərəcə həssasdırlar".
Milli.Az bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusun isti havalarda məhv olması barədə təxminlərlə bağlı danışarkən söyləyib.
"Amma biz buna arxayın olmamalıyıq. Tövsiyələrə əməl etməliyik. Bu virus yeni virusdur. Onun gələcəkdə özünü necə aparacağı barədə hələ bizim təxminlərimiz var. Ehtiyatımızı əldən verməməliyik".
O bildirib ki, xəstəliyə qarşı vaksin hazırlanmasa hər il bu xəstəliklə mübarizə aparmalı olacağıq.
Saglamolun.Az