Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması və onların növbəti sinifə keçirilməsi necə baş verəcək?
Milli.Az xəbər verir ki, buna Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov aydınlıq gətirib.
Nazir tədris ilinin birinci yarım ili üzrə qiymətlərin əsas götürüləcəyini qeyd edib:
"Bu tədris ilinin sonunda şagirdlərin hər hansı qiymətləndirilməsinin keçirilməsi şagirlər arasında nəzərdə tutulmur. Bu məqsədlə şagirdlərin 2019-2020-ci tədris ilinin birinci yarım ili üzrə nəticələri və qiymətləri əsas götürüləcək və həmin qiymətlər əsasında şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinifə keçid təmin ediləcək. Öz nəticələrindən razı olmayan şagirdlərimiz nəticələrini yaxşılaşdırmaq istəyirlərsə, yaxud da hansısa bir fəndən birinci yarım il üzrə qeyri-kafi, "2" qiyməti alıblarsa, belə şagirlər növbəti təhsil ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edərək öz qiymətlərini yaxşılaşdıra bilərlər".
Saglamolun.Az