Ölkələr hansı halda məhdudiyyətləri götürə bilər? - ÜST-dən açıqlama

Hansı halda tətbiq edilən karantin rejimini aradan qaldırmaq olar?

“MediaPost” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus ölkələrin koronavirus infeksiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri hansı şərtlər altında aradan qaldıra biləcəyini açıqlayıb.

ÜST rəhbərinin fikrincə, karantini aradan qaldıracaq ölkə xəstəliklə bağlı vəziyyətə nəzarət etdiklərinə əmin olmalıdır. Onun sözlərinə görə, məhdudiyyətləri aradan qaldıracaq ölkədə səhiyyə sistemi COVID-19 ilə bağlı hər bir halı dərhal aşkarlamalı, test, təcrid və müalicə etməlidir.

Bundan əlavə, ÜST rəhbəri tibb müəssisələrində koronavirusun yoluxma riskini minimuma endirməyi, ictimai yerlərdə, o cümlədən iş yerlərində və məktəblərdə profilaktik tədbirlərin tətbiq edilməsinin zəruriliyini qeyd edib.

Xatırladaq ki, artıq ölkəmizdə də bir müddətdir tətbiq edilən karantin rejimi aprel ayının 20-si başa çatacaq. Müddətin uzaldılması istisna edilmir.

Saglamolun.Az