Koronavirus tibbi maskalarda, əskinaslarda və parçalarda nə qədər yaşayır? - ARAŞDIRMA

Honkonq Universiteti və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan bir qrup mütəxəssis, COVID-19-un müxtəlif səthlərdə, o cümlədən tibbi maskalarda nə qədər yaşaya biləcəyini müəyyənləşdirib.

Ölkə.az xəbər verir ki, nəticələr "South China Morning Post" nəşrində çap edilib.

Araşdırma müxtəlif səthlərdə aparılıb. Bütün işlər laboratoriyada, otaq temperaturunda aparılıb.

Mütəxəssislər, virusun kağızlarda 3 saatdan az müddətdə qaldığını müəyyən edib. Virus, parça  gödəkçədə ikinci gün yoxa çıxıb.

İstifadə olunmuş tibbi maskalarda isə o bir həftəyə qədər qalıb. Bu səbəbdən mütəxəssislər birdəfləlik tibbi maskaları 2 saatdan çox taxmağı tövsiyyə etmirlər. 2 saatdan sonra maskanı çıxardın, əllərinizi yaxşı yuyun və ehtiyac varsa təzə maska taxın.

Eynək və əskinaslardan virus yalnız dördüncü gün, paslanmayan polad və plastikdə isə  4 -7 günə yoxa çıxıb.

"Özünüzü qorumaq istəyirsinizsə, yalnız gigiyena qaydalarına riayət edin, əllərinizi mümkün qədər tez-tez yuyun və dezinfeksiya etmədən üzünüzə, gözünüzə, ağzınıza və burnunuza toxunmamağa çalışın", - hesabatda qeyd olunub.

Nəzərinizə çatdıraq ki, tibbi spirt və tərkibində xlor olan təmizləyici vasitələr koronavirusu istənilən səthlərin üzərində bir neçə dəqiqə ərzində öldürür.

Saglamolun.Az