DİN-dən Whatsapp-da yayılan məlumata münasibət

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, - deyə E. Zahidov vurğulayıb.

Saglamolun.Az