Nevroloji problemlərdən yaranan panik atak xəstəliyi bütün dövrlərdə mövcud olub. Lakin son vaxtlar təxminən hər 10 nəfərdən birində panik ataka rast gəlinir.
Panik atak gözlənilmədən gələn vahiməli haldır.
Anidən başlayan güclü narahatçılıq və ölüm qorxusu tutması bu xəstəliyin göstəricisidir. Bu hal çox zaman bir dəqiqədən xeyli az vaxt ərzində baş versə də, əlamətləri 10-15 dəqiqəyə, bəzən 20-30 dəqiqəyə qədər öz təsir qüvvəsini itirmir.
Bu hal hətta yuxuda belə baş verə bilər.
Panik atakdan əziyyət çəkən şəxs cəmiyyət arasında və ya qapalı məkanda tək qalanda, auditoriya qarşısında çıxış edəndə və digər bu kimi insanın fərdi qorxularını, narahatlıqlarını tətikləyə biləcək yüzlərlə situasiya zamanı meydana çıxa bilər.
Yəni, panik atak konkret bir hadisə zamanı deyil, şəxsin individual psixoloji vəziyyətinə uyğun olaraq yaranır və heç kəs bundan sığortalanmayıb.
Panik atakların meydana çıxmasında genetik faktor da mühüm rol oynayır. Güclü bir travma və ya stress də panik ataka gətirib çıxara bilər. Məsələn, işindən ayrılan, bir yaxınını itirən ya da xəyanətə uğrayan insanlar üçün panik ataklar çox zaman qaçınılmaz olur.
Travma yaşamış insanda hadisədən sonra yenidən həmin təcrübəni yaşamaq qorxusu baş qaldırır. Ona görə də bu cür şəxs həmin hadisənin baş verdiyi (və ya oxşar) məkandan və əlaqəli insanlardan qaçmağa çalışır. Buna müvəffəq olmadığı təqdirdə panik ataklar onun ən arzuolunmaz yoldaşına çevrilə bilər.
Tanınmış türkiyəli alim İbrahim Saracoğlu verilişlərdən birində panik atakın otların köməyi ilə müalicəsi haqqında çox maraqlı məlumatlar verib.
Müalicə zamanı ispanaq, cəfəri və tərədən istifadə olunur. Alim bu otların istifadə qaydasını da təqdim edib.
Həmçinin Saracoğlu panik atakın səbəbləri haqqında da söhbət açıb.
Saracoğlunun özünün də cavanlıqda panik atakdan əziyyət çəkdiyi məlum oldu.
Alim xüsusilə vurğulayıb ki, panik atakdan heç kim ölmür.
Saglamolun.az oxucularına bu videonu təqdim edir.
Saglamolun.Az