Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO

Koronavirusun qarşısı yoluxma mərhələsində alınmasa, fəsadları çox ciddi olar.

Xezerxeber.az xəbər verir ki, bunu ölkəmizdə koronavirusa yoluxmuş şəxslərin müalicə olunduğu karantin xəstəxanalarından birinin həkimi Aydın Əliyev deyib.

Həkim bildirib ki, yoluxma halları hər yaşdan olan insanları əhatə edir. Odur ki, virusa qarşı peyvənd tapılana qədər yeganə çarə evdən çıxmamaq, karantin tələblərinə riayət etməkdir.

Simptomları adi qripdən, eləcə də mövsümi allergiyalardan fərqlənməyən koronovirus aldadıcı xarakter daşıyır. Mütəxəssis deyib ki, insan başqalarını özü də bilmədən yoluxdura bilər.

Həkim işlədiyi karantin xəstəxanasında hazırda 80-nə yaxın şəxsin müalicə olunduğunu bildirib.

Saglamolun.Az