Koronavirusa yoluxan iranlı xanım deputat Zöhrə İlahian xəstəlikdən sağalıb.
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, o artıq müalicə aldığı xəstəxanadan evə buraxılıb.
İlahian İranın rəsmi televiziya kanalına verdiyi görüntülü açıqlamasında koronavirusdan qorunmaq üçün məsləhət də verib. Özü də ixtisasca həkim olan İlahian bildirib ki, məcbur qalmadıqca səyahət etmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Üzə əllə toxunmaq olmaz. Lazimi tədbirlər görülərsə, virusdan qorxmaq lazım deyil.
Xatırladaq ki, Z.İlahianın müşaviri Mustafa Feyli martın 5-də onun “Covid19”-la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığını bildirmişdi.
Saglamolun.Az