Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyaya yollanıb.
Axşam.az bildirir ki, səhhətində problem yaşanan aparıcı bir neçə gündür orada müayinə olunur.
Hacı Nuran sosial şəbəkədə paylaşım edərək, Azərbaycan üçün darıxdığını vurğulayıb:
"Soyuq Almaniyada vətən həsrəti insanı daha kövrək edir. Harada oluramsa-olum mənim üçün Bakıdan, Azərbaycandan doğma, gözəl yer yoxdur".
Saglamolun.Az