Загрузка...

Hamiləliyin 2-ci ayında (5-8-ci həftələr) baş verənlər

Hamiləliyin 2-ci ayında qadının orqanizminə baş verən hormonal dəyişikliklər davam edir.

Xorionik honadotropin hormonunun səviyyəsi ən yüksək həddə çatır, daha sonra isə tədricən azalmağa başlayır.

Menstruasiyalar kəsilir, hamiləlik testi müsbət nəticə göstərir. Qadınların əksəriyyətində hamiləliyin digər əlamətləri də meydana çıxır. 2-ci ayda bir çox qadınlar toksikozdan əziyyət çəkir.

Digər simptomlar arasında:

- ürəkbulanması və qusma. Qusma gün ərzində 5 dəfədən artıq baş verirsə və qadında susuzlaşmanın simptomları (halsızlıq, dərinin quruluğu, sidik ifrazının azalması və s.) meydana çıxırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Ürəkbulanmasını azaltmaq üçün tez-tez və az-az yeyin, kreker, suxarı, meyvə quruları, qoz-fındıq yaxşı kömək edir. Ürək bulanması sizi çox narahat edirsə, həkimə müraciət edin, həkim sizə xüsusi dərmanlar təyin edə bilər.  

- yorğunluq

- bəzi iylərə qarşı ikrah hissi

- iştahanın artması, bəzən əksinə iştahasızlıq. Bəzi qadınlar qeyri-adi yeməklərə, ekzotik və ya mövsümi olmayan meyvə və tərəvəzlərə meyl göstərir.  

- sidik ifrazının artması

- süd vəzilərinin böyüməsi, onların həssaslığının artması.  

Hamiləliyin 2-ci ayında hamilə qadın qadın məsləhətxanasında qeydiyyata düşməli, lazım olan analizləri verməli və müayinələrdən keçməlidir. Hamilə qadının daim həkimin nəzarətində olması onun öz sağlamlığı və həmçinin gələcək uşağın sağlamlığı üçün çox vacibdir.

USM zamanı dölün ürək döyüntüsü transvaginal müayinə zamanı (datçik vaginaya yerləşdirilir) 5-6-cı həftələrindən, transabdominal müayinə zamanı (datçik qarının üstündə yeləşdirilir) 7-8-ci həftəsindən başlayaraq eşidilməyə başlayır.

Hamiləliyin 2-ci ayı ərzində embrionun inkişafı çox sürətlə gedir - baş və bədən hissələri, ətraflar, onurğa sütunu, üz cizgiləri və cinsiyyət orqanları, bir çox digər orqan və sistemlər formalaşmağa başlayır, beyinin inkişafı davam edir. Hamiləliyin 8-ci həftəsinin sonunda dölün çəkisi təxminən 13 qr, boyu - 2 sm çatır.

2-ci ayda cift formalaşmağa başlayır və bu prosess hamiləliyin 15-16-cı həftəsində bitir. 

Hamiləliyin 2-ci ayı da təhlükəli sayılır. Belə hesab olunur ki, 2-ci ayda dölsalmaların əsas səbəbi döldə olan ciddi inkişaf qüsurlarıdır.

2-ci ayda da həkimlər hamilə qadınlara streslər və fiziki gərginliklrdən uzaq olmağı, daha çox yatmağı və dincəlməyi tövsiyə edir.

Qadın mütləq yaxşı qidalanmalı, havada olmalı, fol turşusunu qəbul etməlidir.  


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика