Hacı Nuran: Bir müddət müalicə almalıyam

Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat paylaşıb.

Hacı nuran son günlərin gərgin rejimi nəticəsində səhhətində bəzi problemlər yaradığını bildirib:

"Xəstəxananı sevməsəm də bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam".

Saglamolun.Az