Koronavirus haqqında ƏN SON MƏLUMAT

Çin koronavirusuna yoluxmuş insanların sayı artır. 1 gün ərzində koronavirusa daha 3000 nəfər insan yoluxub və onların ümumi sayı 35 000 çatır.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, virus bu günə qədər 724 insanın həyatına son qoyub. Ölüm halları əsasən Çində qeydə alınıb. Yalnız 2 ölüm digər ölkələrdə baş verib.

Həmçinin koronavirusdan sağalan insanların sayı artır, fevralın 8-nə xəstəxanalardan 2050 sağalmış insan evə buraxılıb. Çin KİV-ləri xəbər verir ki, sağalmışlar arasında 91 yaşlı kişi də var.

Saglamolun.Az