Загрузка...

Ağciyərlərin sağlamlığını qorumaq üçün 6 SADƏ MƏSLƏHƏT

Ağciyərlərimiz orqanizmdə mühüm hava mübadiləsi funksiyasını yerinə yetirir.

Ağciyərlərin normal fəaliyyətindən bütün orqanizmin sağlamlığı asılıdır. Böyük şəhərlərdə yaşayan, siqaret çəkən, pis qidalanan, ziyanlı istehsalatlarda işləyən, azhərəkətli, artıq bədən çəkisi olan insanlarda ağciyər xəstəliklərinin riski artır.

Ağciyərlərin sağlamlığını qorumaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır.

1. Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş bir çox ağır ağciyər xəstəliklərinin, o cümlədən, ağciyər xərçənginin, əsas risk faktorudur.

2. Tez-tez açıq havada olun, dəniz kənarında, parkda, meşədə gəzin. Təmiz hava ağciyərlər üçün əsl "dərman" funksiyanı yerinə yetirir. Şam ağacı, küknar, evkalipt ağacları olan yerlərdə gəzmək xüsusilə xeyirlidir. Bu ağacların havası ağciyərləri yaxşı təmizləyir. Məhz bu səbəbdən ağciyər kurortlarında, sanatoriyalarında məhz bu ağaclara daha tez-tez rast gəlinir.

3. Düzgün qidalanın. Qidalanmanız tamdəyərli və sağlam olmalıdır. Ağciyərlər üçün xüsusilə xeyirli olan məhsullar bunlardır:

- kök. Beta-karotinlə zəngin olan kök ağciyərlərin toxumasını möhkəmləndirir.

- süd məhsulları. Bu məhsullar kalsiumla zəngindir. Kalsium isə ağciyərlərin normal fəaliyyəti üçün ən vacib olan maddələrdən biridir.

- sitrus meyvələri, itburnu. Bu məhsullar C vitamini ilə zəngindir. C vitamini immun sistemini möhkəmləndirir. Möhkəm immun sistem isə ağciyərləri ziyanlı mikroorqanizmlərdən qoruyur.

- çuğundur. Bu tərəvəz bronxları çox yaxşı təmizləyir. Məhz bu səbəbdən bronxit, pnevmoniya zamanı xalq təbabəti bal əlavə olunmuş çuğundur şirəsini içməyi tövsiyə edirlər.

- təbii kərə yağı və zeytun yağı. Ağciyərlərin normal fəaliyyətinə kömək edir.

- bal. Bu unikal məhsul ağciyərləri yaxşı təmizləyir və möhkəmləndirir.

- yemişan. Ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, selikdən təmizləyir.

- kahı.

- ananas. Tərkibində olan "bromelayn" fermenti ağciyərlərə antiseptik, iltihabəleyhinə təsir edir, vərəm çöpü ilə mübarizə aparır.

4. Çəkinizi normada saxlayın. Artıq çəki və piylənmə nəfəsalma sisteminin fəaliyyətini çətinləşdirir.

5. Hərəkətli olun, idmanla, bədən tərbiyəsi ilə məşğul olun. Bu ağciyərlərin təmizlənməsinə və fəaliyyətin yaxşılaşmasına kömək edir.

6. Ziyanlı maddələrdən mümkün qədər uzaq durun. Bu həm istehsalatda, həm də məişətdə istifadə olunan kimyəvi maddələrə aiddir. Qadınlar məişətdə istifadə olunan kimyəvi maddələri soda, sirkə, məişət sabunu kimi ziyansız vasitələrlə əvəz edə bilərlər.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /70

Яндекс.Метрика