Kök olduğuna görə sevgilisi tərk etmişdi, 1 ilə 76 kq arıqladı - FOTO

27 yaşlı qadın bədən dəyişimi ilə təəccübləndirir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Sidneydə yaşayan 27 yaşlı Alida Dreyer 1 il ərzində xeyli çəki atıb. Qısa müddət ərzində 76 kiloqrama qədər çəkidən azad olan Alida tanışlarını heyrətləndirib.

Yeniyetmə olduğu dönəmdən artıq çəkili olan Alida hamiləlikdən sonra daha da kökəlməyə başlayıb. Sevgilisi onu bu səbəbdən tərk edib. Həyatı alt-üst olan Alida qəti qərara gələrək, arıqlamaq barədə özünə söz verib.

O, gündəlik qəbul etdiyi qidaların miqdarını azaltmaqla bu müddət ərzində xeyli arıqlayıb.

Milli.Az arıqlaması ilə tanınmaz dərəcədə dəyişən Alidanın keçmiş və indiki halının fotolarını təqdim edir:

Saglamolun.Az