Koronavirusdan qoruyan VACİB QAYDALAR

Saglamolun.az kp.ru-ya istinadla dünyada sürətlə yayılan koronavirusdan qorunmaq üçün əsas qaydaları təqdim edir.

- Əllərinizi tez-tez yuyun və ya spirtli losyonlarla silin.

- Qızdırma və öskürək olanlardan uzaq durun.

- Sizdə qızdırma, öskürək, nəfəsalmanın çətinləşməsi kimi simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət edin.

- Ən məhsullarını (xüsusilə əti) yüksək temperaturda yaxşı qızardın və ya bişirin. (Bəzi məlumatlara görə, virus ət məhsullarından da keçir.)

- İctimai yerlərdə maska taxın.

Tanınmış pediatr Evgeniy Komarovskiy koronavirusdan qorunmaq üçün bu kimi tövsiyələri edir:

  • Ağız, burun və gözlərinizə əl vurmayın. Bu infeksiyanın orqanizmə daxil olmasının əsas “giriş qapısıdır”.
  • İctimai yerlərdən mümkün qədər uzaq durun.
  • Yaxşı qidalanın.
  • Açıq havada gəzin.
  • İsti geyinin.

Saglamolun.Az