Azərbaycanın tanınmış stilistinin ÖLÜM SƏBƏBİ bilindi

Şou-biznesdə Şanel ləqəbi ilə tanınan stilist Anar bu gün dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, stilist uzun sürən xərçəng xəstəliyindən yaşadığı mənzildə dünyasını dəyişib: “İki gün idi ki, xəstəxanadan evə buraxılmışdı. Bizə bu barədə danışmaq çox ağırdır. Anarı itirdik. Allah o dünyasını versin” .

Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.

Saglamolun.Az