Orqanizmdə bu maddənin azlığı qadınlarda SONSUZLUĞA səbəb olur

Son zamanlar bütün dünyada sonsuzluq halları artır. Alimlər sonsuzluğun səbəbini öyrənmək üçün daim araşdırmalar keçirir.

ABŞ-da aparılmış son belə araşdırma zamanı alimlər yodun sonsuzluqla əlaqəni araşdırırdı. Məlumdur ki, yod orqanizmdə bir çox mübadilə proseslərində iştirak edir. Orqanizmdə yodun çatışmazlığı müxtəlif pozulmalara səbəb olur.

Saglamolun.az UPİ.com-a istinadla xəbər verir ki, amerika alimləri eksperimentlər zamanı aşkar ediblər ki, yodun hətta cüzi çatışmazlığı qadınlara hamilə qalmağa əngəl olur.

Araşdırmada hamil qalmağa çalışan 467 qadın iştirak edib.

Alimlər hamilə qala bilməyə qadınlara orqanizmdə yodun səviyyəsini araşdırmağı tövsiyə edir. Həmçinin ekspertlər qadınlara hamiləlik zamanı qidalanmada yodla zəngin olan məhsulların artırmağı məsləhət görür ki, hamilə qadının orqanizmində bu maddəyə olan tələbat artır. Yod döldə beyinin normal inkişafında böyük rol oynayır.

Yodla zəngin olan məhsullar arasında: yağlı balığı və digər dəniz məhsulları, dəniz yosunları, alma (xüsusilə almanın çəyirdəkləri), feyxoa, xurma, ispanaq, süd məhsulları, yumurta sarısı.  


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика