Erkən ölümün qarşısını almağın mükəmməl yolu

Stenford universitetinin Tibb məktəbinin tədqiqatçıları orta fiziki aktivliyin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda erkən ölüm riskini azaltdığını müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə “MericalXpress”də dərc olunan pres-relizdə qeyd olunur.

Alimlər “Biobank”ın uzun müddət apardığı araşdırma zamanı 482 min nəfərdən toplanmış məlumatları təhlil edib. Könüllülər  fiziki aktivlik göstəricilərini bildirib, onların bilək əzələlərinin gücü və bədən çəkiləri ölçülüb.

Bundan savayı 468 min iştirakçı genetik testdən keçib. Məlum olub ki, aktiv həyat tərzi ürəyin koronar xəstəlikləri, insult və ürək qulaqcığının fibrilyasiyası ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Genetik baxımdan ürək-damar sisteminin pozuntularına meyilli olan insanlarda belə, mütəmadi fiziki hərəkətlər işemik xəsətlik riskini 49 faiz, ürək qulaqcığının fibrilyasiyası riskini isə 60 faizə qədər azaldıb.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика