Yekaterinburq şəhərində 24 saylı məktəbin şagirdi müəlliməsinə çəkiclə hücum edib.
“E1.RU” xəbər verir ki, hadisə dekabrın 25-də səhər radələrində baş verib.
15 yaşlı yeniyetmə rus dili və ədəbiyyat müəllimi Marina Zabolotnayaya evinin qabağında hücum edib, sonra isə məktəbə yollanıb.
Təcili tibbi yardım maşını zərərçəkəni xəstəxanaya çatdırıb. Orada qadına kəllə-beyin travması və çoxsaylı zədələr diaqnozu qoyulub.
İlkin məlumata əsasən, şagird müəlliməyə pis qiymətlərə görə hücum edib. Zabolotnaya həmçinin yeniyetməni imtahana buraxmayacağı ilə hədələyib.
Şagird polis tərəfindən saxlanılıb və müayinə üçün yerli psixi xəstəxanaya göndərilib.
Saglamolun.Az