Загрузка...

Yuxulu hərəkət edən lunatiklərin törətdiyi OLAYLAR

Lunatizm və ya somnambulizmi yuxu pozğunluğu kimi təsvir edə bilərik. Hesablamalara görə hər 5 uşaqdan biri lunatik olur.

Ancaq zaman keçdikcə, bu say azalaraq insanların 1-2,5 faizi arasında müşahidə edilir.

Modern.az xəbər verir ki, araşdırmalardan alınan nəticələrə görə, bəzi lunatiklər yatarkən nədənsə qorxduqlarını düşünür və ondan qaçırlar. Bəziləri isə nə isə axtarırmış kimi sakit şəkildə şkafları, ya da siyirmələri qarışdırır. Maraqlı vəziyyətlərdən biri də budur ki, onlar pilləkənlə sanki oyaqmış kimi enir, başqaları ilə birlikdə oturub televizor seyr edirlər.         

Yuxu mərhələləri

Beynin necə yuxu zamanı “qalxıb gəzmə” əmri verməsinin səbəbini bilməsək də, yatarkən nələr olduğunu bilirik. Aydındır ki, yatan zaman fərqli yuxu mərhələlərindən keçirik. Əvvəl yüngül yuxu, 20 dəqiqə sonra dərin yuxu, sonra yenə yüngül yuxu, sonra sürətli göz hərəkətlərinin gerçəkləşdiyi mərhələ gəlir. Məhz bütün arzularımızı bu mərhələdə görürük.

Yuxu zamanı hərəkət etməyimizin qarşısını almaq üçün bədənimiz bu mərhələdə iflic halında olur. Amma somnambulizm daha dərin yuxu zamanı baş verir. Maraqlı və paradokslarla dolu bir haldır. Beyin hərəkət edəcək qədər fəal olur, amma bu fəallaşma oyanma həddində deyil.

Lunatiklərin zombi kimi qollarını irəli uzadıb yeriməsi inancı doğru deyil. Ancaq gözləri açıq olduğu halda belə görə bilməzlər. Onların diqqətini çəkmək çətindir. İşığı yandırmaqlarına ehtiyac yoxdur, yaddaşları onlara rəhbərlik edir.

Əsas səbəb nədir?

Somnambulizm olduqca fərqli səbəblərdən ötrü ortaya çıxan bir xəstəlikdir. Bəzən yorğunluq, kədər, stress, panika kimi psixoloji amillərdən qaynaqlanır. Eyni zamanda, ürək narahatlıqları, astma kimi fizioloji narahatlıqlarda yarana bilər.

Lunatiki oyatmaq

Lunatiki yuxudan oyatmağın hər hansı böyük riski yoxdur. Ancaq unutmayın ki, insan hərəkətlərinin fərqində olmadığı üçün oyananda olduqca qəribə bir vəziyyətdə olacaq. Ona görə oyandığı zaman təmkinlə vəziyyəti ona danışmalısınız.

Ancaq daha yaxşı olar ki, onu sakit şəkildə yatağına tərəf yönləndirəsiniz, bu onun həyəcan keçirməsinin qarşısını alır. Xüsusilə uşaqlar üçün bu vacibdir.

Təhlükə varmı?

Bəzən ola bilər ki, lunatik özünə zərər yetirsin. Bir şeyə ilişib düşə bilər ya da gəzərkən maşınla toqquşma kimi hallara rast gəlinə bilər.

Lunatiklər haqqında maraqlı məlumatlar

- Siam əkizlərində tez-tez görünən bir xəstəlikdir.

- Lunatiklər gözləri ilə deyil, yaddaşları ilə hərəkət edirlər.

- Lunatizm oğlan uşaqlarında daha çox görünür.

- Somnambulizm xəstəliyindən əziyyət çəkənlər normal həyatda şüurlu olaraq etdikləri hər şeyi edə bilirlər.

- Bir çox ölkədə lunatik işlədiyi günahdan ötrü cəzalandırılmır.

- Somnambulizm 1 dəqiqə ilə 30 dəqiqə arasında baş verir. Orta hesabla 10 dəqiqə.

- Oyaq halda edə bilmədiyi nəyisə yatarkən edə bilir. Məsələn, şəkil çəkməyi bacarmayan lunatik yatarkən bunu bacarır.

- Aparılan tədqiqatlara görə, lunatiklər yuxudaykən ağrı hiss etmirlər və oyanmırlar. Yalnız oyandıqları vaxt zədələndiklərini görə bilərlər.

Maraqlı hadisələr

2000-ci ildə gənc lunatik qaynatası və qaynanasını öldürür, daha sonra yuxudaykən maşınla polisə gedir və qatil olduğunu açıqlayır.

2004-cü ildə isə bir oğlan özünü 4-cü mərtəbədən atır. Qəribəsi budur ki, sonra heç nə olmamış kimi ayağa qalxan oğlan yuxuda gəzməyə davam edir.

Avstraliyada bir qadın özündən xəbərsiz ərinə xəyanət edir. Bir gün əri onu başqa kişi ilə birlikdə görür. Qadın isə heç nə xatırlamadığını deyir. Sonradan məlum olur ki, o lunatikdir və hər gecə yolda qarşısına çıxan kişi ilə cinsi əlaqədə olur.

Nyu-Yorklu Dion Makqreqor yuxusunda olduqca yaradıcı mahnılara imza atıb. Hətta onun albomu belə çıxmışdı.

London Universiteti Xəstəxanası Yuxu Klinikasından professor Metyu Uolker təsdiq edir ki, lunatik bir xəstəsi evdən kənara çıxmış və  yatarkən maşın sürmüşdür. 15 yaşındakı bir gənc qız isə 2005-ci ildə  40 metr hündürlükdə bir kranın üzərinə qalxmış və orada yatarkən görünmüşdü.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика