Histeroskopiya necə və nə üçün aparılır?

Uşaqlıgın daxili səthinin ən müasir müayinə metodu histeroskopiyadır. Histeroskopiya - uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodu olmaqla yanaşı poliplərin xaric edilməsinin ən müasir metodudur.

Baxış histeroskop ilə icra olunur. Bu uzun elastik başlıqlı müasir videosistemdir.

Müayinə zamanı həkim uşaqlığın daxili səthini ekranda görür. Müayinə diaqnostik və terapevtik məqsədlərlə təyin olunur.

Histeroskopiyaya göstərişlər:

- Qeyri-mütəmadi və ya intensiv menstruasiya (hipermenoreya və ya menorragiya);

- Qadınlarda sonsuzluq;

- Mioma, çapıq, polip və digər törəmələrin xaric edilməsi;

- Endometrium anomaliyaların aradan götürülməsi;

- Doğuşdan sonra cift qalıqlarının təmizlənməsi;

- Kontraseptivlərin daxil edilməsi (uşaqlıqdaxili spiral, kontraseptiv implant);

- Uşaqlıq borularının keçiriciliyin qiymətləndirilməsi.

Baxış zamanı həkim uşaqlıqdan müayinə üçün (biopsiya) kiçik toxuma parçası götürə bilər.

Müayinəyə əks-göstərişlər:

Histeroskop uşaqlıq yolu və uşaqlıq boynundan keçirilərək uşaqlığa daxil edilir. Sadalanan orqanların hər hansı hissəsində iltihabi və infeksion xəstəliyin mövcudluğu uşaqlıq boşluğuna infeksiyanın daxil olması riskini artırdığına görə müayinəyə əks göstərişdir.

- İnfeksion xəstəliklər;

- Ağır somatik xəstəliklər (qara ciyər, böyrəklər, ürək-damar sistemi və s.), ağır ümimi vəziyyət;

- Uşaqlıq boynunda böyük ölçülü törəmələr, uşaqlıq boynunun daralması;

- İnkişaf edən hamiləlik;

- Uşaqlıqdan intensiv qanaxma;

- Histeroskopiya 15 yaşından kiçik qızlara məsləhət görülmür.

Histeroskopiyadan öncə həkim-ginekoloqa müraciət olunmalıdır. Həkim güzgü vasitəsi ilə uşaqlıq yolunun və uşaqlıq boynunun baxışını keçirir. Götürülmüş yaxmalar bakterioloji analiz və mikrofloranın təyini üçün laboratoriyaya göndəriləcək.

1. Histeroskopiya adətən menstruasiyadan 3-5 gün sonra aparılır. Müayinəyə bir həftə qalmış dərman preparatlarından (şamlar, həblər, spreylər), yerli kontrasepsiya vasitələrindən, intim gellərdən, gigiyenik vasitələrdən istifadə dayandırılır. Müayinəyə 2 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girmək olmaz.

2. Uşaqlıq boşluğundan hər hansı törəmənin xaric edilməsi planlaşdırılrsa bir neçə günə stasionara hospitalizasiya olunmağa hazır olmaq lazımdır. Əməliyyat yerli anesteziya və ya narkozla keçirilə bilər. Uşaqlıq daxili poliplərdə histeroskopiyadan qısa müddət sonra hamiləlik baş verir.

İsmayılova Xəyalə
Mama-ginekoloq, Uşaq ginekoloqu

 

 

 

 

.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика