Загрузка...

İmmunitet və zərərli adətlər

Siqaret çəkilməsi insanın ümumi sağlamlığına və onun immunitetinin vəziyyətinə ciddi mənfi təsir edir.

Aktiv şəkildə (həmçinin passiv şəkildə) siqaret çəkilməsi öz mənfi təsirini ilk növbədə ağız və burun boşluğunun selikli qişalarına göstərir. Selikli qişalar və dəri isə infeksiyalarla mübarizənin ön cəbhələridir. Zərərli mikrobları "tutmaq" üçün, immun sisteminin xüsusi qoruyucu hüceyrələri selikli qişalarda “otururlar”. Bu hüceyrələr selikli qişaya daxil olan zərərli mikrobları tutub saxlayırlar. Daha sonra selikli qişa, orada hazırlanan seliyin köməkliyi ilə, bu mikrobları əhatə edərək orqanizmdən xaric edir. Siqaret çəkilməsi ağız və burun-udlağın selikli qişalarının müəyyən dərəcədə qurumasına səbəb olur. Nəticədə onlar faktiki olaraq selikli qişa rolunu oynaya bilmir və mikroblar normada olduğu orada “bataqlığa düşərək” ilişib qalmır, əksinə selikli qişaları asanlıqla keçərək daha irəli hərəkət edir. Beləliklə, infeksiya, virus və bakteriyalara qarşı yaradılmış bu təbii maneə (selikli qişalar) dağılmış olur.

Əgər siz özünüz siqaret çəkmirsinizsə, ancaq daim siqaret çəkənlərin (iş yerinizdəki həmkarlarınız və ya evdə olanlardan kimlərsə siqaret çəkirsə) əhatəsindəsinizsə - “passiv şəkildə siqaret çəkilməsi” – tütünün yanması nəticəsində xaric olunan zərərli maddələr sizin də selikli qişalarınızı zədələyir.

Məlumdur ki, orqanizmin sağlamlığı əvvəlcədən nə qədər möhkəm olsa da, spirtli içkilərin qəbul edilməsi orqanizmin həyat fəaliyyətinin bütün sahələrinə mənfi təsir göstərərək onun sağlamlığını pozur.

Bir çoxları hələ də iddia edirlər ki, spirtli içkinin qəbul edilməsi ilə qrip və soyuqdəymənin qarşısını almaq olar. Həqiqətdə isə bu heç də belə deyil. Alkoqol bütün digər viruslar kimi qrip virusuna qarşı da iltihab əleyhinə olan təsirə malik deyil. Əksinə spirtli içkilər qəbul edənlər virus infeksiyalarına daha tez yoluxurlar.

Bütün bunlar onunla izah olunur ki, alkoqol (spirt) immun sisteminin mexanizmlərini də zədələyir. Spirtin təsiri altında anticisimlərin, interferonun hazırlanması zəifləyir, ağız suyu şirəsində, göz yaşında, müxtəlif toxumalarda antimikrob təsirinə malik olan “lizosim” maddəsinin səviyyəsi azalmış olur. Qanda alkoqolun olması limfositlərə də öz müdafiə işini icra etməyə mane olur. Nəticədə alkoqolizmə mübtəla olanlar hətta ən zəif infeksiyaya yoluxduqda belə, bu, onların orqanizmi üçün böyük təhlükə yaratmış olur. Heç kimə sirr deyil ki, onların arasında ağ ciyər iltihabından, vərəmdən, viruslu hepatitdən ölənlərin sayı xeyli çox olur. Onlar arasında xərçəng xəstəliyi də daha çox təsadüf olunur. Bunun səbəblərindən biri də onların orqanizmində immun sisteminin zəifləməsidir.

Alkoqol allergiyanın əmələ gəlməsi və inkişaf etməsinə də “kömək” edir, çünki bu zaman orqanizmin toksinlərdən azad olmaq qabiliyyəti də zəifləmiş olur. Orqanizmə daxil olan bu toksinlər qanda yığıldıqca, son nəticədə allergik reaksiyalarının baş verməsinə səbəb olur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика