Prezidentdən Yeni il hədiyyəsi - Aztəminatlı ailələrə 100 manat yardım ediləcək

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılıb.

Saglamolun.Az